İş barədə məlumat
İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
• Masalara qab-qacağı, yemək-içməyi düzür (servirovka) və vaxtında masanı yığışdırır;
• Restoranda və ona bitişik ərazidə təmizliyi və nizam-intizamı təmin edir;
• Süfrə və əl silən salfetləri çirkləndiyi zaman vaxtında dəyişdirir;
• Ədviyyat ləvazimatlarını gündəlik yoxlayır və doldurur;
• Masa süfrəsini müştəri gedən kimi tozsoranla təmizləyir və onu növbəti müştəri üçün hazırlayır;
• Müştəriyə, yeməklərin və içkilərin seçilməsində peşəkar surətdə kömək edir;
• Sifarişçini, sifariş edilən yeməklərin hazırlanma vaxtı ilə tanış edir;
• Sifariş edilən yeməyi müştəriyə gətirir;
• “Haqq-hesab” üzrə sifarişin son məbləğini çıxardır;
• Haqq-hesabı müştəriyə təqdim edir və onunla sifarişə görə tam hesablaşmanı aparır;
• “Haqq-hesabları” vaxtında xəzinədara, qeyd edilməsi üçün təhvil verir;
• Zalda təmizliyi saxlayır.
İş şərtləri:
6 günlük iş həftəsi.
Növbəli iş rejimi.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Forma şirkət tərəfindən təqdim olunur.