İş barədə məlumat
• Şirkətin təşkilati strukturunun yaradılması və optimallaşdırılması (müasir HR texnologiyalarının tətbiqi);
• Vakant yerlər üçün iş elanları hazırlanması və elanların saytlarda yerləşdirilməsi (bazanın artımı);
• Kadrların işə qəbulu və qiymətləndirilməsi, yeni işçilərin uyğunlaşdırılması;
• Əmək qanunvericiliyi ilə işləmək, kadr sənədlərinin aparılması;
• İşə qəbul və işdən azad olunan işçilərin sənədləşməsinin təşkil edilməsi, elektron hökumət portalında müvafiq əməliyyatların icrası, əmək kitabçalarında qeydiyyatın aparılması;
• Prosedur qaydalarının və vəzifə təlimatlarının hazırlanması;
• İşçilərin aylıq davamiyyət cədvəlinin tərtib olunması, məzuniyyət cədvəlinin hazırlanması, izlənməsi və sənədləşmənin həyata keçirilməsi;
• Hesabatların tərtib olunması və müxtəlif qurumlardan daxil olan müraciətlərin cavablandırılması və s.
İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
Biz təklif edirik:
• Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək;
• Peşəkar və karyera yüksəlişi üçün imkanlar;
• Rəqabətli əməkhaqqı və müavinətlər paketi.